Azərbaycan əsilli Rusiyalı iş adamı, milyarder Fərhad Əhmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Fərhad Əhmədovun təşəkkür məktubunun mətnini və fotosunu təqdim edir:
Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində və Azərbaycan iqtisadiyyatının inkişafında göstərdiyim xidmətlərə görə məni "Dostluq” ordeni ilə təltif etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.
Bu məsələlərin həllində iştirakımı hər zaman həyatımın əsas məqsədlərindən biri hesab etmişəm, bu gün də amalım dəyişməyib.
1990-cı ildə böyük şirkətə rəhbərlik etdiyim zaman da, 2000-ci ildə Rusiya senatoru olduğum, AŞPA və ATƏT-də işlədiyim dönəmdə də belə idi. Özəl investor kimi fəaliyyət göstərdiyim hazırkı mərhələdə də belədir, gələcəkdə də belə olacaq. Həyatım boyu qazandığım bütün uğurlara görə doğulub boya-başa çatdığım torpağa borclu olduğumu heç vaxt unutmayacağam.
Bundan sonra da Vətənimizin çiçəklənməsi üçün əlimdən gələni etməyə hazıram.
Azərbaycanın hərtərəfli inkişafına, Azərbaycan xalqının rifahına hesablanmış şərəfli və məsuliyyətli missiyanızda Sizə səmimi qəlbdən müvəffəqiyyətlər arzulayıram. Sizə və Ailənizə can sağlığı və uğurlar diləyirəm.