“Elmi axtarışlar və əldə olunan nəticələr COVID-19-un sonunun yaxın olduğunu əlamətləndirir. Tədbirlərə düzgün əməl olunarsa, pandemiyanın son kritik aylarının yaxınlaşması mümkündür”.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra belə bildirib.
Nazir qarşıdakı aylarda tədbirlərə ciddi əməl olunarsa, peyvəndlərə də ehtiyac qalmayacağını vurğulayıb: “Peyvənd müalicə etmir, infeksiyaya yoluxmamaq üçün müqavimət yaradır. Unutmamalıyıq ki, virus mutasiyaya uğramayıb, ağır təsirləri davam etməkdədir. O səbəbdən də maska, məsafə və gigyenik qaydalara əməl etmək çox vacibdir”.