Ukrayna regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirəcək. Bu barədə sentyabrın 14-də bu ölkənin prezidenti Vladimir Zelenski tərəfindən təsdiq edilmiş "Ukraynanın milli təhlükəsizlik strategiyası haqqında" sənəddə deyilir.
“Ukraynanın milli maraqlarının qorunması və regional təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlığı inkişaf etdirmək”, - sənəddə qeyd edilir.
Ukraynanın milli təhlükəsizlik və müdafiə strategiyası Ukrayna prezidentinin tapşırığı ilə hazırlanıb. O, milli təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərini, xüsusilə Ukraynanın milli maraqlarının prioritetlərini müəyyən edir.