Səfir İran üzərindən Ermənistana silah daşınmasına münasibət bildirdi
Azərbaycan-İran münasibətləri dünən yaranmayıb ki, onu dezinformasiya ilə korlamaq mümkün olsun.
Bu sözləri jurnalistlərin Rusiyanın İran ərazisindən istifadə etməklə Ermənistana silah göndərməsi ilə bağlı məsələsinə münasibət bildirən İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi deyib.
“Bizim bölgədəki məsələlərə dair mövqeyimiz aydındır. Azərbaycanla əlaqələrimizin inkişafına maneə yoxdur. Biz Ermənistanla adi qonşuluq münasibətlərinə malikik. İran heç vaxt qonşu, dost və müsəlman Azərbaycana qarşı hər hansı işlərin qarışdırılmasına yol verməz. Mən şəxsən İranda olarkən bu sualı aydınlaşdırmışam. Biz Azərbaycana qarşı İran üzərindən Ermənistana silah tədarükünü inkar edirik. Bizə verilən məlumata görə və Rusiya Müdafiə Nazirliyinin rəhbərinin dediyi kimi söhbət hansısa inşaat materiallarının çatdırmasından gedib”, - deyə Seyid Abbas Musəvi söyləyib.
İranın Azərbaycana yeni təyin olunmuş səfiri qeyd edib ki, adətən təxribat xarakteri daşıyan oxşar informasiyalara xüsusi ehtiyatlılıqla yanaşmaq lazımdır.