Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün regional təhlükəsizlik məsələlərini, o cümlədən Dağlıq Qarabağ məsələsini müzakirə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir.
“İkitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq platformalardakı qarşılıqlı fəaliyyət, həmçinin regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib”, - Nazirlikdən bildirilib.