“Birgə təlimlər düşmənə göz dağıdır” - Türkiyənin Ordu Komandanı

 

 

 “Birgə təlimlər düşmənə göz dağıdır” -    Türkiyənin Ordu Komandanı

 

“Birgə təlim Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrildi. Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olundu”.

Bunu Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay deyib.
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyən general bildirib ki, müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil:
“Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır”.

2020-09-06 / 12:35
Facebook