Bakıda valideynlərinə qarşı kobudluq edən polis əməkdaşı işdən çıxarılıb - Video

 

 

Anasını təhqir edən polis işdən çıxarıldı

Daxili İşlər Nazirliyi anasını təhqir edən polislə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, yayılan videoda Kamran Abbasov anasının evinə gələrək onu təhqir edib, xəsarət yetirməyə cəhd göstərib. Bundan sonra, ana onu evindən uzaqlaşdırıb. 
2020-09-01 / 10:59
Facebook