AMEA-dan Ramiz Mehdiyevin məzuniyyətə çıxması ilə bağlı AÇIQLAMA

 

 

Bu gün bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb. Bununla bağlı AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi açıqlama yayıb. “Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb. Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir”, - rəsmi açıqlamada deyilir.

2020-08-24 / 12:21
Facebook