Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNİCEF) koronavirusa qarşı tibbi maskadan istifadə ilə bağlı minimal yaş həddini açıqlayıb.
Təşkilatlar 5 yaşadək uşaqlardan maska taxmağı tələb etməməyi tövsiyə edib.
“Bu, uşaqların təhlükəsizliyi və onların ümumi maraqlarına, eləcə də maskadan minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır”, - deyə məlumatda bildirilir.
12 yaşdan yuxarı uşaqlar tibbi maskalardan istifadə etməlidir.