Göz karandaşı və dodaq boyası kimi kosmetik vasitələr yeni növ koronavirusun yayılmasına səbəb ola bilər.
Bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin professoru Mehmed Ceyhan yerli mətbuata açıqlamasında deyib. Professorun fikrincə, bu risk xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir.
Türkiyədə olduğu kimi Azərbaycanda da gözəllik salonları və qadın kosmetika mağazaları karantin rejiminin müəyyən mərhələlərində fəaliyyət göstərən sahələrdən olub. Azərbaycanın baş infeksionisti Cəlal İsayev açıqlamasında qeyd edib ki, ölkəmizdə də bu sahə koronavirusun yayılmasında əsəs mənbələrdən ola bilər:
C.İsayev qadın kosmetika mağazalarında test üçün nəzərdə tutulan əşyalardan istifadə etməməyi tövsiyə edib. Belə ki həmin əşyalar virus daşıyıcısı ola bilər: “Bu cür əşyalar əldən-ələ keçirsə, demək virus daşıyıcısı ola bilər”.