Azərbaycanda koronavirusa yoluxanların 56.2 faizi Bakının payına düşür.
Yoluxmanın 6.6 faizi Gəncə-Qazax, 15.9 faizi Abşeron, 10 faizi Aran zonası, 4.4 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 0.8 faizi xaricdən gələnlərdir.
Hazırda ölkə üzrə yoluxma hallarının 1.7 faizi Şəki-Zaqatala, 1.9 faizi Quba-Xaçmaz, 1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,7 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Naxçıvanda yoluxma 0,05 faizdir.