Şagirdlərin daha zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, daha yuxarı siniflərin məktəbə həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır:
"İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma hələ ki, mümkün variantlardır”.
"Ali təhsillə bağlı virtual öyrənmənin ön plana çəkilməsi nəzərdə tutulur".