Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı

 

 

“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, qərarla bağlı məlumat vermək hələ tezdir: 

“Rayonlarda olan epidemioloji vəziyyət barədə çox incəliklə araşdırma aparılır. Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir”.

2020-08-15 / 11:55
Facebook