Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və “Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır:
“Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.