Türkiyə prezidentinin sözçüsü: “Ərdoğanın yanaşması budur ki, biz Azərbaycanın yanındayıq. Putinə də açıq dedi...”

 

 

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalara dair telefon danışığını şərh edib.

Virtualaz.org xəbər verir ki, İbrahim Kalın jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Ərdoğanın Putinlə söhbətində Ermənistanı işğalçı adlandırdığını deyib. Və bildirib ki, Minsk Qrupu bu münaqişəni həll etməkdə uğur qazana bilməyib.

 

“Minsk Qrupu deyə bir struktur var. Amerika, Rusiya və Fransanın həmsədrlik etdiyi. Bu günə qədər həll yolu tapa bilmədi. Hər birinin öz siyasi marağı oldu. Tovuzda döyüşlər ilk dəfə Ermənistan-Azərbaycan sərhədində baş verir. Bu mənada təhlükəli hadisədir. Prezidentimizin yanaşması budur ki, biz Azərbaycanın yanındayıq. Hörmətli Putinə də bunu açıq şəkildə dedi. Hətta bildirdi ki, siz də Ermənistanla münasibətlərinizdən istifadə edib bu gərginliyi azaldın. Orada Azərbaycanın mülki hədəflərini vurmaqla hədələyən də Ermənistan tərəfidir. Hərbi təlimlərə başlayan da Rusiyadır. Azərbaycana təhdid haradan gəlirsə gəlsin Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək”,-Ərdoğanın sözçüsü deyib.

2020-07-28 / 17:59
Facebook