Agentlik: 25 və 26 iyul koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub

 

 

Agentlik: 25 və 26 iyul koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olmuşdur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar.

Bildirilir ki, 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir:

"Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".
2020-07-26 / 13:41
Facebook