ABŞ-ın Bakıdakı səfirliyi iyulun 21-də Los-Anceles şəhərində ermənilərin azərbaycanlılara hücumları ilə bağlı açıqlama yayıb.
Bu barədə səfirlikdən daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyirlər.
Qeyd olunub ki, söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur:
“Lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcək. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”.