Müdafiə Nazirliyinin elektron poçtuna könüllü hərbi xidmətə getməklə bağlı 17 minə yaxın müraciət daxil olub

 

 

Azerbaijan Realities adlı şəxsin şəkli.

Müdafiə Nazirliyinin elektron poçtuna könüllü hərbi xidmətə getməklə bağlı 17 minə yaxın müraciət daxil olub. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün keçirilən mətbuat konfransında deyib.

V.Dərgahlı bu dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü bildirib və qeyd edib ki, hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır.

2020-07-21 / 11:43
Facebook