Aleksandr Fomin: “Rusiyanın təlimlərinin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlılığı yoxdur”

 

 

“Rusiyanın keçirdiyi təlimlərin Azərbaycan-Ermənistan münaqişəsi ilə heç bir bağlılığı yoxdur”.

Bu sözləri TASS agentliyinə açıqlamasında Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib. 

O bildirib ki, Rusiya ordusunun hazırkı fəaliyyəti “Qafqaz-2020” təlimlərinə hazırlıq məqsədi daşıyır:

“Bu yoxlama fəaliyyətləri planlı şəkildə həyata keçirilir və “Qafqaz-2020” strateji komanda-qərargah təliminə hazırlıqda mühüm mərhələdir”.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.

2020-07-18 / 19:59
Facebook