Arzu Rəhimov: Prezidentin çıxışından sonra gün ərzində 4000-ə yaxın vətəndaş Səfərbərlik Xidmətində qeydə alınıb

 

 

Səfərbərlik Xidmətində qeydə alınanların sayı açıqlandı

“Dünən Prezidentin çıxışından sonra təqribi 4000-ə yaxın vətəndaş qeydə alınıb. Proses bu gün də davam etdirilir”.

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov brifinqdə deyib. O qeyd edib ki, əgər hər hansı səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında onlar hazırlanaraq toplanış məntəqələrindən hərbi hissələrə göndərilir: “Hərbi hissələr bu gün sülh üçün tam komplektləşdirilib. Müharibə dövrü üçün xidmət tərəfindən bütün tədbirlər görülüb. Əgər zərurət yaranarsa bu tədbirlər həyata keçirilə bilər.

Bu gün sosial şəbəkələrdə belə fikir formalaşır ki, gənclər könüllü şəkildə iştirak etməklə bağlı xidmətə müraciət edirlər. Hər bir halda bizə müraciətlər olub. Biz qanunvericiliyi onlara izah edib çatdırmışıq. Bildirmişik ki, kimə təlabat varsa onlar müxtəlif hərbi hissələrə göndərilə bilər. Bir çoxu bildirir ki, biz istəyirik döyüşə gedək, ancaq qeydiyyata almırlar. Hərbi vəzifəlilərin və digər vətəndaşlar hamısının qeydiyyatı bizdə var”.
2020-07-16 / 14:55
Facebook