Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxslərin əmlakına xeyli ziyan dəyib.
Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus 3 həyətyanı torpaq sahəsinə zərər yetirilib.