Artıq məlum olduğu kimi, Rusiya koronavirusla mübarizədə kömək üçün Azərbaycana mütəxəssislərini yollayır.
TASS Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin mütəxəssisləri və könüllü həkimlər qrupu ölkəyə yola düşüb.