“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

 

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının koronavirusa yoluxmuş şöbə müdiri Cavid Paşayevin vəziyyəti ağırdır.

Bunu Modern.az-a açıqlamasında xəstənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib.

R.Mahmudov təəssüflə qeyd edib ki, xəstəliyin dinamikası mənfiyə doğru gedir:

"Buna baxmayaraq, bütün lazımi tədbirlər görülür. Cavid Paşayevin ECMO cihazına qoşulması müzakirə edilir. Vəziyyətdən asılı olaraq, xəstənin cihaza qoşulmasına bu gün qərar veriləcək”. 

 

2020-07-11 / 10:44
Facebook