Ölkədə sərt karantin rejimi tətbiq edilən ərazilərdə işsizlərə və pandemiya dövründə işini işini itirən vətəndaşlara növbəti dəfə 190 manatlıq birdəfəlik maddi yardımın verilməsinə başlanılıb.
Bu barədə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov deyib.
Onun sözlərinə görə, artıq sərt karantin elan olunan Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda olan sakinlərə həmin müavinətin verilməsinə başlanılıb:
F. Talıbov qeyd edib ki, əvvəlki ayları alan vətəndaş pul köçürüləcək kartını itiribsə, həmin şəxs müavinət kartını aldığı banka müraciət etməklə iyun ayının müavinətini də ala bilərlər".