İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın “ 3 mərasimi” üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X.Hüseynovaya həyat yoldaşı İkram Abbasov, qohumları Vüsal və Ceyhun Hüseynovlar kömək edib.