İstanbulun tarixi küçələrindən birinə Azərbaycan adı verildi – Fotolar

 

Türkiyənin İstanbul şəhərinin mərkəzi bölgələrindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” küçəsinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb.

Bu barədə baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, bu addım “İki dövlət, bir millət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.

"Küçənin adının dəyişdirilməsi Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə baş tutub. Qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin bu il iyulun 13-də keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub", - deyə məlumatda qeyd olunub.

 

 

 

2020-06-30 / 20:46
Facebook