Karantin rejimi yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alıb” - TƏBİB-in şöbə müdiri

 

"Azərbaycanda tətbiq edilən karantin rejiminin nəticə verməməsi fikirləri səhvdir".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, karantin rejimi nəticəsini verir:

"Bizim tətbiq etdiyimiz karantin nəticəsində yoluxma sabitləşib. Karantin rejiminin tətbiqi yoluxma sayında stabilləşməyə nail olunub ki, bu bizim xəstəxanalarda palata sayını nizamlamağa imkan verir".

Onun sözlərinə görə, karantin rejimi həmçinin xəstəliyin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alıb.

2020-06-30 / 20:26
Facebook