TƏBİB koronavirus testləri ilə bağlı məsələyə aydınlıq gətirdi

 

“Son zamanlar testə əlaqəli bizə müraciətlər çox olur. Bu gün biz sırf kliniki simptomları olan, yoluxanlarla təmasda olanlar və xaricdən gələnləri test edirik. İlk başlayanda test imkanları aşağı idi. İndi laboratoriyaların sayı 23-dür. Bu say yenə də artırılacaq və ölkəyə yeni avadanlıqlar gətiriləcək”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, test cavablarının gecikməsi halı yoxdur, əksinə, yoluxma sayının artması prosesə təsir göstərir.

Y.Qarayeva əlavə edib ki, karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır: “SMS icazəsi ilə bağlı qərar qərargahda qəbul olunub və istifadə ilə bağlı məhdudiyyət də, yəqin, müzakirə olunacaq".

2020-06-30 / 19:51
Facebook