TƏBİB rəsmisi: “Kaş insanlar virusu aldadıb yoluxmadan yayına biləydilər”

 

“İnsanların bir-birini aldatmasına təəssüf edirəm. Kaş insanlar virusu da aldadıb yoluxmadan yayına biləydilər”. 

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, bu məsələyə münasibət insanların özündən asılıdır:

“Qonşu Türkiyədə bu istiqamətdə cərimələr kifayət qədər yüksəkdir. Hətta nəinki maskasız küçəyə çıxanlar, bildiyim qədərilə, maskanı düzgün taxmayan şəxslər də cərimə olunur. 

Biz karantin qaydalarına riayət olunması ilə bağlı cərimə tədbirlərinin gücləndirilməsini o qədər də istəmirik. Dövlət qaydaları qoyub. Dövlət qurumları da bu qaydalara riayət olunmasına nəzarət edir. Lakin insanlar özləri məsuliyyətli olmalı, bir-birinə qaydalara əməl olunması ilə bağlı təzyiq etməlidirlər”.

2020-06-25 / 19:09
Facebook