Prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa, Vasif Süleymanov Ağdam, Vahid Məmmədov Cəlilabad, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin edilmişlər.
Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.