Azərbaycanlı həkim Murad Məmmədli sosial şəbəkələr vasitəsi ilə ölkə vətəndaşlarına karantin rejiminə əməl etmək və onsuz da çətin olan vəziyyəti ağırlaşdırmamaq xahişi ilə müraciət edib.
Onun sözlərinə görə, karantin “tamaşa üçün” tətbiq edilməyib və Bakı xəstəxanalarında yerlər həqiqətən tükənib.
“Mən həkiməm, Covid-19 xəstələri ilə işləyirəm. Xəstəxanada nələr çəkdiyimizi və necə sağ qalmağımızı yalnız Allah bilir... Vəziyyət daha da ciddiləşdi. Heç nə gözlədiyimiz kimi olmadı. Bakıda covid xəstələri üçün ayrılmış yerlər sona çatır. Maksimum yoluxma var. Ağır xəstələrin sayı gündən-günə artır. Bütün gücümüzə və səylərimizə baxmayaraq, bu templə ölənlərin sayı kəskin artacaq",-deyə həkim yazıb.
M.Məmmədli bütün vətəndaşları zərurət olmadan ictimai yerlərə getməməyə və ictimai nəqliyyatdan istifadə etməməyə çağırıb.
"Əsas qaydalara əməl etmək həqiqətənmi çətindir: məsafəni qorumaq, maska taxmaq və əlləri yumaq? İnanın, ən pisi odur ki, vəziyyətimiz İtaliya və İspaniyadakından daha pis olacaq!",-deyə M.Məmmədli xəbərdarlıq edib.
Həkim virusun varlığına hələ də inanmayan insanlara da müraciət edib: “Əgər virusa inanmırsınızsa, karantinə ona inananların xatirinə əməl edin. Bilənlərin, bunu görənlərin... Nəhayət, Allah xatirinə. Bu gün bulvarda və ya restoranda sosial məsafəni gözləmədən yaşayacağıqsa, sabah bizim cəzamız valideynlərimizi, gənclərimizi və s. itirməyimiz olacaq. İnsanlar karantinin və başqa hər şeyin tamaşa olduğunu düşünürlər. Yox, əzizlərim, yox! Belə bir yayılma tempi ilə tezliklə tibb işçilərimiz də çatışmayacaq! Və əgər biz həkimlər xəstələnsək, onda xəstəxanalarda artıq bizim üçün də yer tapmayacaqlar! Allah ölkəmizi və xalqımızı qorusun!”.
Murad Məmmədli həkimlərin işləməli olduqları ağır şəraitdən də danışıb.
“İşdən çıxarkən bizim hansı vəziyyətdə olduğumuza inanmazsınız. Bütün həkimlərin üzlərinin dərisi artıq sallanır, ayaqlarıdakı damarlar şişib. Gecə, yuxuda hər kəsin qulağında qurğuların səsi eşidilir... Stress, yuxusuz və gecələr bütün bədəndə ağrılar... Hər gün bu vəziyyətdə işləyirik... susuz, yeməksiz və demək olar ki, təmiz hava olmadan”,-deyə M.Məmmədli