Koronaviruslu xəstənin “Semaşko”dan yaydığı video ilə bağlı AÇIQLAMA

 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva sosial şəbəkələrdə “Semaşko” kimi tanınan xəstəxanaya yerləşdirilən koronaviruslu xəstənin yaydığı videodan danışıb.

1 saylı Kliniki Tibbi Mərkəzdə çəkilən görüntülər barədə açıqlama verib. O sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparacaqlarını bildirib.

Xatırladaq ki, ötən gün yayılan görüntülərdə adıçəkilən xəstəxanaya yerləşdirilən xəstələrdən biri həkimlərin virus daşıyıcılarına nəzarət etmədiklərini, qızdırmasının qalxmasına baxmayaraq lazımi dərman və iynə ilə təhciz edilmədiklərini bildirmişdi.

Xəstənin sözlərinə görə, hətta tibb bacıları da xüsusi geyimlərdə xidmət göstərmirlər. Bu isə onların virusu yaymasına yol aça bilər.

Son məlumata görə, Azərbaycanda COVID-19-a yoluxan 12 729 nəfərdən 154-ü həyatını itirib, 6 799-u sağalıb. Ötən gün növbəti antirekord qeydə alınıb və ölkə ərazisində 491 nəfərin testi müsbət nəticə verib.

2020-06-22 / 11:27
Facebook