“Eşidiblər ki, koronavirusa yoluxub, qonşular gedib ona dəyməyə”

 

"Bu gün evdə 39-40 dərəcə temperaturu olan şəxslər koronavirus ayıb bir şeymiş kimi bunu gizlədirlər”.
 
Bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib. 
 
O bildirib ki, bu, utanılası bir şey deyil, hamı yoluxa bilər: "Bu xəstəlikdən utanan həkimlərimiz də olub. Gizlətmək onun daha da ağırlaşmasına səbəb olur, buna görə də dərhal tibbi xidmətə müraciət etmək lazımdır. 
 
Rayonların birində xəstənin analizinin pozitiv olduğunu biləndən sonra qonşuları və qohumları ona dəyməyə gəliblər. Koronavirus xəstələri sağalandan sonra da 21 günlük müddət gözlənilməlidir. Xəstələrə, ya da sağalanlara baş çəkməyi bu günlərdə etməməliyik”. 
2020-06-20 / 16:02
Facebook