“Sərt karantin günlərində icazəsiz evi tərk edən şəxslər məsuliyyətə cəlb olunacaq”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, vətəndaşlar SMS icazəyə müsbət cavab aldıqdan sonra yaşadıqları ərazini tərk etməlidirlər:
“Vətəndaşlar SMS icazəni karantin postuna çatanda almamalıdırlar. Əks halda, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Çünki postlarda polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin qaydalarını pozmuş hesab ediləcəklər”.