Ramin Bayramlı: Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş deyil

 

Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş deyil, ölkəmizdə xəstəliyin yayılması sürəti yüksəkdir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu gün 338 nəfərdə COVİD-19-a yeni yoluxma faktı aşkar edilib. İndiyədək 139 nəfər dünyasını dəyişib, virusa yoluxmuş 6192 nəfər xəstə sağalıb, hazırda 4988 aktiv xəstə var.
2020-06-18 / 19:57
Facebook