Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti stabil ağır olaraq qalır.
Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, əməkdar artistin vəziyyətində ötən gün ciddi dəyişiklik olmayıb: "Xəstə süni ventilyasiya cihazı və ECMO aparatına qoşulu vəziyyətdədir. Hazırda təyinat üzrə müalicə davam etdirilir".