Azərbaycanda bir çox xəstəxanalar koronavirusla mübarizə üçün ayrılıb.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən xəstəxanalar aşağıdakılardır:
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Kliniki Tibbi Mərkəz
“Azərsu” Tikinti Xəstəxanası
Salyan Rayon Mərkəzi Xəstəxanası
Xızı Rayon Mərkəzi Xəstəxanası
Qusar Rayon Mərkəzi Xəstəxanası
Saatlı Rayon Mərkəzi Xəstəxanası
Zərdab Rayon Mərkəzi Xəstəxanası
Gəncə Dəmiryol Xəstəxanası
“Qeyd edilən xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər”, - məlumatda qeyd edilib.