Rusiyadan daha 152 Azərbaycan vətəndaşı Bakıya gətirildi - Fotolar

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdiriliblər.
2020-06-17 / 21:29
Facebook