1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb. Bu barədə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.
Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub: "Artıq mərkəzdə olan bütün xəstələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür.