“Xalq və cəmiyyət üçün Bəhram Bağırzadə fərqli bir insandır. Onun səhhəti ilə bağlı xəbər hamımızı məyus etdi. Bu anda susmaq düzgün deyil. İnsanlar onun səhhəti barədə bizdən xəbər gözləyir. Susanda şayiələrin yayılmasına səbəb yaradırıq”.
Bu sözləri Xalq artisti Murad Dadaşov koronavirusla mübarizə aparan həmkarı Bəhram Bağırzadə barədə danışarkən bildirib.
Postlar paylaşılanda diqqətli olaq. Biz hamının xoşuna gələ bilmərik. Mərhum kapitanımız Anar Məmmədxanovun yaxşı sözü var: “İnsan 100 dollar əsginazı deyil ki, hamı sevsin”. Amma bir məsələni unutmayaq. Eyni cəmiyyətdə yaşayırıq və bir-birimizə bağlıyıq”.