Azərbaycan nümayəndə heyəti Dağıstanda sərhəddə qalan həmvətənlərimizin ölkəyə qaytarılması üçün Rusiya-Azərbaycan sərhədinə gedib.
“İnterfax Rusiya” bu barədə Dərbənd rayonunun başçısı Fuad Şıxıyevin açıqlamasına istinadla xəbər yayıb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanılması nəticəsində Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddə qalıb.