"Bu kimi əməllərə görə, əlbəttə, peşimançılığımızı çəkirik”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev həbs edilərkən deyib.
"Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm”, - sabiq icra başçısı vurğulayıb.
Qeyd edək ki, DTX-də aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.
2020-05-01 / 14:07