OPEC 2020-ci ilin ikinci yarısında neftin bir barrelinin qiymətinin 40 dollara qədər qalxacağını proqnozlaşdırıb.
Bu barədə Əlcəzair televiziyasına açıqlamasında Əlcəzairin Energetika naziri və OPEC konfransının Prezidenti Məhəmməd Akrab açıqlama verib. Onun sözlərinə görə, bir həftə öncəki enişlə müqayisədə neft bazarında müsbət tendensiya müşahidə olunur.
Proqnozlara görə, may-iyun aylarında OPEC ++ sazişlərinin icrası nəticəsində dünya üzrə neft qiymətləri orta hesabla 35 dollar səviyyəsində qərarlaşacaq.
Qeyd edək ki, aprelin ortalarında OPEC+ ölkələri neft bazarındakı qeyri-sabitliyi aradan qaldırmaq üçün mayın 1-dən etibarən neft hasilatını azaltmaq barədə razılığa gəliblər.