Avropa Şurasının baş katibi Ali Məhkəmənin qərarlarını alqışladı

 

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan Respublikasının Ali Məhkəməsinin İlqar Məmmədovun və Rəsul Cəfərova bəraət verilməsinə dair çıxardığı qərarları alqışlayıb.

Fransa bürosu xəbər verir ki, Avropa Şurasının baş katibi bununla bağlı bəyanat yayıb.

"İlqar Məmmədovun və Rəsul Cəfərovun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən bəraət alması alqışlanmalıdır”, - bəyanatda qeyd olunub.

M.Peyçinoviç-Buriç bu qərarların məhkəmə qərarlarının icrasına nəzarət kontekstində Komitə tərəfindən nəzərə alınacağını bildirib.

Baş katib Avropa Şurasının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu da vurğulayıb.

2020-04-23 / 20:01
Facebook