COVİD-19 pandemiyasının başlanmasından bəri Çin və Azərbaycan qarşılıqlı olaraq bir-birini dəstəkləyir, pandemiya ilə mübarizədə birgə əməkdaşlıq edir, bu isə hər iki ölkənin qarşılıqlı səmimi dostluğunu əks etdirir.
Bu barədə Çinin Azərbaycandakı Səfirliyindən verilən məlumatda deyilir.
Aprelin 2-də Çin Azərbaycana epidemiyanın qarşısının alınması üçün lazım olan tibbi ləvazimatların ilk partiyasını göndərib. (5000 nəfərlik COVİD-19 infeksiyasının aşkarlayısı testi). Bu əsasda Çin Azərbaycana ikinci (10 STA, 500 dəst tibbi qoruyucu geyim) və üçüncü dəst (50.000 KN95 maska, 600.000 tibbi maska və 3000 dəst tibbi qoruyucu geyim) tibbi ləvazimat tədarük edəcək. Bu vasitələr yaxın vaxtlarda Bakıya gələcək.
Bildirilir ki, Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir:
"Çin Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, birlikdə çalışaraq çətinlikləri birgə dəf etməyə hazırdır. Tam inanırıq ki, cənab Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq".
Səfirliyin məlumatında deyilir ki, Çin Azərbaycan ilə sıx əlaqə saxlamağa, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə və müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır. Biz inanırıq ki, pandemiya ilə birgə mübarizədən sonra Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha parlaq müstəviyə qədəm qoyacaq".