Trampdan neftlə bağlı açıqlama

 

“Neft qiymətləri aşağı səviyyədə uzun müddət qalmayacaq”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə günlük keçirilən mətbuat konfransında açıqlama verib:

“Bu, qısa müddətli bir hadisədir. Vəziyyət normallaşacaq və enerji sektorunda hər şey qaydasında olacaq”.

Trampın proqnozuna görə, neft qiymətləri bir ay ərzində yenidən 25-28 dollar səviyyəsinə qalxacaq.

Xatırladaq ki, ötən gün ərzində ABŞ-ın WTI markalı neftinin bir barrelinin qiyməti tarixində ilk dəfə sıfırın altına düşərək -39,55 dollara qədər düşmüşdü.

 

 
2020-04-21 / 11:14
Facebook