Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu “Twitter” hesabından Azərbaycanla bağlı paylaşım edib.
Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə bayrağının əks olunmasına münasibət bildirib: “Tək millət, tək ürək, Azərbaycan-Türkiyə! #BirliktəYeneceğiz”.
Əlavə olaraq bildirək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən hər bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.