Prezidentin köməkçisi: "Dövlət öz üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir"

 

“Dövlətimiz tərəfindən lazımi və zəruri tədbirlər atılır. Proseslər də bir qədər situativ formada inkişaf edir. Özünəməxsus bir dinamikası var. Ona görə də dövlətimiz və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bilavasitə və şəxsən dövlətimizin başçısının rəhbərliyi altında bütün proseslər izlənilir və qiymətləndirilir”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

"Hadisələrin inkişaf tendensiyalarına uyğun olaraq qərarlar qəbul olunur. Təbii ki, dövlətimizin qəti iradəsi, əzmi də var. Burada əsas meyar vətəndaşlarımızın sağlamlığının təmin olunması, qorunmasından ibarətdir. Dövlət öz üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir və təbii ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində olan vətəndaşlarımızın da üzərinə böyük bir məsuliyyət düşür", - o bildirib.

2020-04-08 / 19:22
Facebook