Hökumətdən maska və spirt açıqlaması

 

"Ölkədə vəziyyət elədir ki, maskaların qiymətinin qalxması halları olur. Amma İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, belə hal olmasın".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qiymətlər optimal həddə qalacaq:

"Ən yaxşısı odur ki, maska istehsalının artmasıdır. Gün ərzində 450 min maska apteklərə paylanılır".

Hökumət rəsmisi bildirib ki, zərurət olmadığı halda küçəyə çıxmamaq halı varsa maska və spirtə olan ehtiyac da azalmış olur.

2020-04-08 / 19:02
Facebook