Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub.
"Koronainfo.az" saytında aprelin 3-ə olan statistik məlumatlara əsasən xəbər verir ki, infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.
Koronavirusa yoluxanların sayı rayonlar üzrə bu cür təşkil edir:
Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov, (19) Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2).
Daha 6 yoluxma faktı qeyri-müəyyən qeyd edilib.
Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq.